2022-ci ilin ilk ayı üzrə pensiyaların ödənilməsinə bugündən başlanılıb. Lakin vətəndaşlar pensiyanı köhnə məbləğində alıblar.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu gün verilən pensiyalarda heç bir artım olmayıb. Halbuki 2022-ci ilin yanvar ayından pensiyalarda da artım olmalıdır.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili saytımıza açıqlamasında bildirib ki, gün ərzində məsələ ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.