Milli Məclisin bu gün keçirilən plenar iclasında "Media haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, layihəyə edilən son dəyişikliklər barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Onun sözlərinə görə, layihə əsla cəzalandırma xarakterli deyil: “Qanun sosial şəbəkə və yutub kanallarına aid deyil. Reyestrdə qeydiyyat məcburi deyil. Bununla bağlı gizli ve dolayı yollar müəyyənləşməyib. İstənilən bloqer azad şəkildə fəaliyyət göstərə bilərlər. Layihə 9 əlavə və düzəliş edilib”.
Sonda müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.