Xəbər lenti

“Azəristiliktəchizat” ASC sabahdan ölkədə hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alaraq, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

 

Bizimaz.az bildirir ki, bunu "Report"a açıqlamasında qurumun Abonent və Müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə istilik təchizatı ilə bağlı heç bir problem yoxdur: “Bütün qazanxana və məntəqələrimiz tam rejimdə fəaliyyət göstərir. İstilik mənbələrimizdə heç bir problem yoxdur. Sabahdan da havaların soyuması ilə əlaqədar bütün istilik sistemləri istismar sahələrinə göstəriş verilib ki, ətraf mühitin temperaturundan asılı olaraq qazanxanalarda temperaturların artırılması ilə bağlı müvafiq tənzimləmələr aparsınlar. Çağrı mərkəzi daxil olmaqla bütün xidmətlərimiz 24 saat fəaliyyət göstərəcək. İstənilən vaxt vətəndaşlarımız müraciət etsə, dərhal yerində kömək göstəriləcək. Gecə növbəsində işləyənlərin sayını artırırıq. Xətlərdə hansısa problem yaranarsa, operativ qəza xidməti dərhal reaksiya göstərəcək. Mərkəzi dispetçer xidmətimiz 24 saat işləyir. Havalar soyuyanda qəza-təmir xidmətini daha gücləndirilmiş iş rejimində çalışdırırıq”.

R.Əliyev mərkəzləşdirilmiş istilik sisteminə qoşulmaq üçün müraciətlərin sayında artım olduğunu da deyib və bildirib ki, hazırda cəmiyyətə məxsus 563 qazanxana 3 870 yaşayış binası, 280 məktəb, 160 uşaq bağçası, 163 səhiyyə müəssisəsi, 2 mindən artıq digər sosial və təsərrüfat obyekti və 184 minə yaxın mənzil istiliklə təmin edilir



07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov