"Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb".
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, əgər valideyn bağçaya işə gedəndə uşağını qoyacağı yer kimi baxarsa, burada təhsil məsələsindən danışmaq olmaz:
"Ölkədə 1825 uşaq bağçası var ki, onlardan 1692-si dövlətdir. Orada 126 mindən çox uşaq tərbiyə alır. 133 özəl bağça var ki, orada 5124 uşaq var. İlin əvvəli üçün 17 218 nəfər işçi olub".