“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib.
Bizimaz.az APA-ya istinadən xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən sabiq sədr bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilən V.Muradovun barəsindəki həbs qətimkan tədbiri bir neçə gün əvvəl dəyişdirilmiş, onun müalicəsinə şərait yaradılmışdı.