Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyevaya “Firudin bəy Köçərli” mükafatı təqdim edilib.

 

Bizimaz.az bildirir ki, bu barədə  BŞTİ-dən məlumat verilib.

Belə ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafata “Təhsil və pedaqoji fəaliyyətin inkişafında zəruri qərarların müəllifi” nominasiyası üzrə layiq görülüb.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı və AzEdu Təhsil Portalının baş redaktoru Elmin Nuri mükafatı təqdim edib, təbriklərini çatdırıblar.

BŞTİ müdiri M.Vəliyeva AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin həyata keçirdikləri tədbirləri, bütövlükdə gördükləri işləri yüksək qiymətləndirdiyini bildirib və göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

 
QALEREYA