Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb distant təhsil formasında fəaliyyət göstərəcək.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, buna səbəb şagird və müəllimlər arasında koronavirusun yayılmasıdır.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-a bildirilib ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.
Məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.