Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında doğulan körpələrin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən( DSK) verilən mılumata görə, hesabat dövründə 73177 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib.
Rəsmi məlumata görə, doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub
istinad