2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36063 nikaha daxilolma qeydə alınıb.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, hesabat dövründə əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə qədər artıb.
Bundan başqa, 8 ayda ölkədə11313 boşanma halları qeydə alınıb. Boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.