Bakı Dövlət Univetsitetində 2 fakultənin dərsləri koronavirus səbəbindən dayandırılıb.
Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, universitetin “Hüquq” və “Kimya” ixtisaslarında dərslər əyani şəkildə dayandırılıb. Bunun səbəbi isə həmin ixtisaslarda təhsil alan tələbələrdə koronavirus aşkarlanıb.
Məsələ ilə bağlı universitetlə əlaqə saxladıq. Təhsil müəssəsindən BAKU.WS-ə faktı təsdiqlədilər.