Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 9 oktyabr – Ümümdünya Poçt Günü münasibətilə güzəşt kampaniyası keçirir.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Rusiyaya göndərilən EMS (sürətli poçt rabitəsi xidməti) göndərişlərinin tariflərinə oktyabr ayı ərzində 50%-dək endirim edilir.
Qeyd edilən ölkəyə EMS-lə göndəriş edən hər kəs bu fürsətdən yararlana bilər.
Xatırladaq ki, EMS fiziki poçt xidmətləri növlərindən ən sürətlisidir. Bu xidmət vasitəsilə məktubların, sənədlərin və malların qısa zamanda yığılması, daşınması və çatdırılması həyata keçirilir.