Xəbər lenti

Yasamalda qazi və şəhid ailələrinə medallar təqdim edilib
 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində təltif edilmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına Yasamal Rayon İcra Hakimiyyətində medalların təqdimetmə mərasimi  keçirilib.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti sayəsində mümkün olub. 44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq daima yaddaşlarda qalacaq.

Elşad Həsənov bildirib ki, bu qələbəyə görə biz Ali Baş Komandan İlham Əliyevə, şəhidlərə və qazilərə borcluyuq. Qeyd edilib ki, Yasamal RİH-də “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və qazi və şəhid ailələrinə dəstək olmaq üçün maksimum səy göstərilir.

İcra başçısının sözlərinə görə, Yasamal rayonunda qazi və şəhid ailələrinə artıq üçüncü dəfədir ki, təltiflər təqdim edilir.

Daha sonra qazi və şəhid ailələrinin üzvlərinə təltiflər təqdim edilib. Qazilər dövlətin diqqət və qayğısına görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildiriblər.

Tədbirdə millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, Erkin Qədirli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

 



 
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov