Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya səfər edib.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, səfir bu barədə öz tvitter hesabında məlumat paylaşıb. Bununla yanaşı, Cahit Bağcı “Zəfər yolu”ndan yeni fotolar da yayıb.
“Füzuli hava limanı və “Zəfər yolu” tamamdır. Rahat bir səfərlə Şuşadayıq”, - deyə səfir öz paylaşımında bildirib.
Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu səfərdə iştirak edirlər.