Ölkə ərazisində sentyabrın 14-ü saat 11:00-a olan məlumata əsasən, hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Şəmkirdə düşən yağışın miqdarı 2 mm olub.
Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.