Avqust ayı ərzində Bakıda ən ucuz kirayə ev Hövsanda qeydə alınıb və qiyməti 170 manat olub. Ən bahalı kirayə mənzil isə 4500 manata Səbail rayonu ərazisində təklif edilib.
Bizimaz.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 775 manat, o cümlədən 1 otaqlı mənzil 350 manat, 2 otaqlı mənzil 449 manat, 3 otaqlı mənzil 542 manat, 4 otaqlı mənzil 869, 5 otaqlı mənzil isə 1156 manat olub.
Onun sözlərinə görə, ümumilikdə avqustda ötən ayla müqayisədə Bakıda kirayə mənzil bazarında 0.36 faiz bahalaşma qeydə alınıb.