Bakı metrosunda qatarların hərəkətində yubanma olub.

 

Bizimaz.az bildirir ki, bu barədə Bakı Metropolitenindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, sərnişinlər "Ulduz" stansiyasında "Həzi Aslanov" istiqamətində hərəkət edən qatardan düşürdülüb. Buna səbəb qatarda nasazlıq ehtimalı olub.

Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub.