"Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılıb".
Bizimaz.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində şagirdlər həyatını itirib, məktəblərimiz məhv edilib, yaxud qəzalı vəziyyətə düşüb: "Bütün dünya ictimaiyyəti törədilən bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack və #UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq".
istinad