Xəbər lenti

Ötən gün Təhsil Nazirliyi tərəfindən keçirilən brifinq zamanı ali təhsil müəssisələrində, kolleclər və digər təhsil müəssisələrində sentyabrın 29-dan əyani təhsilin başlayacağı qeyd edilib.

 

Nazirlər Kabinetinin qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan, yaşı 18-dən yuxarı hər kəs COVİD-19 pasportu və ya immunitet sertifikatı təqdim etməlidirlər. Vaksinə əks-göstərişi olanlara əks-göstəriş sertifikatı verilir və həmin sertifikat universitetlərə təqdim olunmalıdır.

Prosesə nəzarət təhsil müəssisələrinin rəhbərliyi tərəfindən aparılacaq.

Daxili İşlər Nazirliyi sözügedən qərarla bağlı ali təhsil müəssisələrində monitorinqlər aparılacağını, əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVID-19 sertifikatı olmazsa, tələbənin yox, həmin təhsil müəssisəsinin rəhbərliyinin məsuliyyət daşıyacağını bildirib.

Axar.az xəbər verir ki, bu qərara əsasən təhsil müəssisələrində nəzarətin hansı formada keçiriləcəyi ilə bağlı Trend universitetlərə sorğu ünvanlayıb.

Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, müəllim heyətinin və tələbə kollektivinin peyvəndlənməsi çevik və mütəşəkkil şəkildə həyata keçirilir:

“Bakı Slavyan Universitetinin professor-müəllim heyətinin 90 faizindən çoxu, tələbə-gənclərinin isə hamısı peyvəndlənmənin hər iki mərhələsindən keçiblər. Hazırda Bakı Slavyan Universitetinin rəhbərliyi tərəfindən müəllim və tələbələrlə peyvənd edilməyin vacibliyi barədə maarifləndirmə işləri aparılır və bu proses səmərəli təşkil edilir. Müəllim və əməkdaşlar Bakı Slavyan Universitetinin hər iki tədris binasına daxil olarkən onların COVİD-19 vaksinasiyası üzrə məlumat forması qeydiyyata alınır və hərarətləri yoxlanılır. Bu iş universitetin mühafizə xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir. Ümumilikdə Bakı Slavyan Universitetində peyvənd olunma prosesi xüsusi diqqət mərkəzində saxlanılır.”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva isə qeyd edib ki, müəllim və texniki işçilərin 90 faizdən çoxu peyvənd olunub. Tələbələrin, müəllimlərin və universitet əməkdaşlarının COVID-19 pasportlarının yoxlanma prosesi üçün universitetin işçilərindən ibarət qrup yaradılıb. Universitetin girişində fəaliyyət göstərən həmin qrup COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı olmayan şəxslərin universitetə daxil olmasına icazə verməyəcək.

 
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov