Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, sərəncamla XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Kamal Cabir oğlu