Xəbər lenti



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi birgə məlumat yayıb.

 

 Açıqlamada deyilir:

“Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.

ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.

Peyvəndlənmə, Delta variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaqdır.

“İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilmişdir. Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq.

Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir.

Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik”, - deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.

“Pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi. Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidirlər. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir”, - UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bəyan edib.

Hazırda, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın seçilmiş on rayonunda təlimi bərpa etmək məqsədlə uşaqlara ünvanlı dəstək vermək üçün Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Proqram yeni dərs ilində geri qalmamaları üçün uşaqlara əlavə tədris şəklində dəstək, müəllimlərə isə mentorluq dəstəyi nəzərdə tutur. Uşaqlar və müəllimlərə psixi sağlamlıqla bağlı və psixo-sosial dəstək həm UNICEF, həm də ÜST üçün davamlı prioritetlərdən biri olacaqdır.

UNICEF və ÜST-nin Azərbaycandakı Nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə “Məktəbə qayıdış” kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcəkdir”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov