Ermənilərin Ağdamda minaları bir-birinin üstündə basdırdığı məlum olub.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Prezident İlham Əliyevin Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində xüsusi nümayəndəsi Emin Hüseynov paylaşıb.
E.Hüseynov həmin fotoları bu qeydlə bölüşüb: “Mənfur düşmənin Ağdamda hiyləgərcəsinə bir-birinin üstündə basdırdığı və Bərdə-Ağdam yolunun inşası zamanı tapılan minalar. Minatəmizləyən əməkdaşlarımızın misligörünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir! Təşəkkürlər, ANAMA! Qürur duyuruq! Allah qorusun!”