Gəncədə dörd aylıq körpə küçəyə atılıb.

 

Bizimaz.az bildirir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, körpənin küçəyə atılması barədə məlumatı Gəncə polisinə ətrafda olan şəxslər məlumat veriblər.

Bildirilib ki, Gəncə şəhər A.Ziyadxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Polislərin iştirakı ilə qız uşağı xəstəxanaya aparılıb və həkim nəzarətindən keçdikdən sonra 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Uşağın vəziyyətinin normal olduğu bildirilib.