Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib, aktiv xəstə sayı 49412 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, ötən müddət ərzində isə ümumilikdə 4 395 646 test aparılıb.