“Azərbaycanda 20 minə yaxın uşaq arasında boy-çəki normaları ilə bağlı tədqiqat aparılıb”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, aparılan tədqiqat sırf azərbaycanlı uşaqları əhatə edib:
“Tədqiqat nəticəsində yeni normalar qəbul olunub. Artıq hər kəs öz uşağının boy və çəkisinin normaya uyğun olub-olmadığını müəyyənləşdirə biləcək”.
O qeyd edib ki, həmin sənəd Səhiyyə Nazirliyinin saytında yerləşdiriləcək.
İlhamə Əbülfət