Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində güclü yanğın olub. Hadisə zamanı hasarın üzlüyü yanıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da yanğın baş verən əraziyə baş çəkib.
“Hazırda birmənalı rəy bildirmək çətindir. Ekspertlər işə başlayıblar. Rəsmi olaraq rəy təqdim ediləcək”, - icra başçısı bildirib.
Qeyd edək ki, ilkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplasdan ibarət üzlük 250 kv.m. sahədə yanıb.