Ağdamda üçəm dünyaya gəlib.
Bizimaz.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağdam Mərkəzi Rayon Xəstəxanası məlumat yayıb.
Məlumata görə, 2000-ci il təvəllüdlü Hüseynova Rəqsanə Zakir qızı ötən gün rayon doğum evində üçəm dünyaya gətirib.
Rəqsanə Hüseynovanın 31 yaşlı Eldəniz Qənbərovla evliliyindən əvvəlcə bir oğul övladı olub. Üçəmlərin 2-si oğlan, biri qızdır.