"İri ticarət mərkəzlərində beynəlxalq təcrübə əsas götürüləcək. Bütün iri ticarət mərkəzlərinin qarşısına polis qoyulması nəzərdə tutulmur".

 

Bizimaz.az  xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, bu iş sahibkarlıq subyektinin rəhbərlərinə tapşırılacaq: "Onlar öz müəyyən etdiyi yoxlayıcıları giriş-çıxışlarda qoymaqla həmin ünvalara daxil olan şəxslərin COVID pasportunun olub-olmamasını yoxlayacaqlar. Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək".