“Hazırda ölkə üzrə pandemiya üçün ayrılan 18 xəstəxana var”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, onlardan 11-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edir:
“Digərləri isə regionlarda yerləşir. Ehtiyac olduğu halda ölkə üzrə 40 xəstəxana fəaliyyət göstərirdi”.
Y.Qarayeva qeyd edib ki, avqust ayının 1-də xəstəxanalarda cəmi 808 xəstə var idi:
“Dünənki rəqəmlərə görə isə bu rəqəm 2458-i keçib. Bütün qaydaların riayət olunmasına diqqət etməliyik. Ehtiyat tibb müəssisələrinin olması bizi rahatlaşdırmamalıdır”.