Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, Kəlbəcərə səfər çərçivəsində dövlət başçısı Kəlbəcərlə Laçını birləşdirən tuneldən keçib və qeyd edib ki, ermənilər bu tuneli partlatmaq istəyiblər.
"Ermənilər Kəlbəcər və Laçını tərk edərkən bu tuneli partlatmaq istmişdilər. Amma alınmadı, qaçaqaç idi. Tələsirdilər", - deyə ölkə başçısı vurğulayıb.