Xəbər verdiyimiz kimi, avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
Səfər çərçivəsində onlar Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar.