2021-ci ilin iyul ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 127 daşınmaz əmlak alışı həyata keçirib.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan doqquzuncu sırada qərarlaşıb.
İyul ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12 ədəd çox, əvvəlki ayla (2021-ci il iyun) müqayisədə isə 37 ədəd azdır.
2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 1 440 daşınmaz əmlak alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 21,1 faiz azdır.
Qeyd edək ki, 2021-ci ilin iyul ayında xarici vətəndaşlar tərəfindən ümumi 4 564 daşınmaz əmlakın alışı həyata keçirilib.