Bizimaz.az “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, əks göstəriş üçün həkim yoxlanışı lazımdır.
T.Eyvazov yoluxma saylarının artması məsələsinə də aydınlıq gətirib: “Yeni ştamların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdəki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir.
Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınacaqlıdır”.
BAKU.WS