Yaxın vaxtlarda Ağdam sakinləri üçün Ağdama səfərlər təşkil olunacaq.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, bu turlar ödənişli olacaq, lakin qiymətlər minimaldır:
"Agentliyin əməkdaşları azad olunmuş ərazilərə tez-tez gedir və tədqiqatlar aparırlar. Həmin ərazilərə turları təşkil edərkən ilk növbədə mütləq şəkildə təhlükəsizlik təmin edilməlidir. Buna görə qaydalar, marşrut tam müəyyənləşdikdə Ağdam sakinlərini öz doğma torpaqlarına aparmağı düşünürük. Güman edirik ki, bu, payız aylarında baş tutacaq".