Xəbər lenti

  

Artıq bir müddətdir ki, Bakı şəhərində mərkəzi rayonun yaradılacağı ilə bağlı məlumatlar yayılıb. Yeni yaradılacaq rayonun paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi hissələrini əhatə edəcəyi bildirilir. 

 

Sözügedən təklifin ilk dəfə 2019-cu ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə qaldırıldığı və dövlət başçısının təklifi bəyənərək bununla bağlı tapşırıqlar verdiyi qeyd olunur. Bundan əlavə, Bakının Nizami rayonunun ləğv ediləcəyi, ərazisinin Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcəyi də yayılan məlumatlar arasındadır. 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlayıb. Komitədən cavab olaraq, artıq qeyd olunan yeniliklərin də əhatə olunduğu Bakı şəhərinin Baş planının ilkin layihəsinin hazır olduğunu bildiriblər. Layihəyə görə, Bakı şəhərinin Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəzə bölünməsi nəzərdə tutulub:

Qeyd olunur ki, Mərkəzi Planlaşdırma Rayonu 1031,4 hektar ərazini əhatə edəcək. Həmin rayonun içərisində ərazisi 425 hektar olan Xüsusi mühafizə ərazisi yaradılacaq. Hazırda müzakirələri gedən, dörd rayonun ərazisinin bir hissəsini əhatə edəcək ərazi də məhz bu hissədir. Tarixən formalaşmış planlaşdırma quruluşu olan, memarlıq və tarixi abidələrin, tarixi-memorial məkanların sıx yerləşdiyi, həmçinin əhali tərəfindən istirahət, əyləncə və xidmət məkanı olaraq daha çox istifadə edilən ərazidir. Vurğulanıb ki, Xüsusi mühafizə ərazisi Mərkəzi Planlaşdırma Rayonunun nüvəsini təşkil edən vacib planlaşdırma elementidir. 

Mərkəzi rayonla bağlı digər detallara gəlincə isə, Komitədən bunların yalnız Baş Planın təsdiqindən sonra açıqlanacağı bildirildi: “Hələ ki, Bakı şəhərinin Baş planı təsdiq olunmayıb. Təsdiq olunandan sonra rayonun adı necə olacaq, dəqiq sərhədləri necə olacaq, bu barədə detallı nəsə danışmaq olar”. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən qeyd olunanlardan əlavə məlumatın olmadığı bildirildi: “Bakı şəhərinin Baş planının hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb. Biz də onların məlumatını gözləyirik”. 

Qeyd edək ki, mərkəzi rayonun yaradılması ilə əlaqədar Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Bakının keçmiş baş memarı Elbay Qasımzadə Yenisabah.az-a açıqlamasında mərkəzi rayonda bəzi məhdudiyyətlərin tətbiq oluna biləcəyini demişdi. Yəni, sözügedən ərazidə istənilən tikinti aparıla bilməz. Bunun üçün ilk növbədə memar, rəssam, heykəltəraş, tarixçi və arxeoloqlardan ibarət rayonun İctimai Şurası yaradılmalı və görüləcək işlər həmin şura tərəfindən əvvəlcədən təhlil olunmalıdır. Həmçinin, bu rayonda nəqliyyat vasitələrinin hərəkəti xüsusi qaydalarla aparılmalıdır:

“Faytonlar turistləri cəlb etmək üçün olacaq. Əhali təbii olaraq işdən evinə faytonla getməyəcək. İctimai nəqliyyat olacaq. Sadəcə, ola bilsin ki, orada hərəkət yolları bir qədər məhdudlaşacaq. Şəxsi avtomobillərin hansısa məhəllələrə daxil olması qadağan ediləcək. Amma mən düşünürəm ki, biz oranı qoruğa çevirməməliyik. Çünki qoruqda yaşamaq kifayət qədər çətindir”.

 

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov