"Ailə qurmazdan öncə infeksion xəstəliklərə tutulmama üçün vaksin vurulması tövsiyə edilir. Bu dünya praktikasında da tətbiq edilir. Yeni ailə quran şəxslərə də vaksin vurula bilər".
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.
O əlavə edib ki, bu günə qədər ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb.