"Yüngül qrip, temperatur və burun axması uşaqlarda peyvənd üçün əks göstəriş sayılmır".

 

Bizimaz.az  “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

“Yalnız ağır xəstəlik, yüksək temperatur zamanı peyvənd ertələnməlidir. Ümumiyyətlə, peyvəndləri vaxtında vurdurmaq lazımdır.

Qızılca, difteriya və başqa xəstəliklər əslində çox ağır xəstəliklərdir. Ona görə peyvəndlər mütləq vaxtında vurdurulmalıdır”, - o bildirib.