Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti arasında birgə əməkdaşlıq üzrə memorandum imzalanıb.
Memorandumda təcrübə və imkanlardan qarşılıqlı faydalanma, elmi-praktik əlaqələrin qurulması, texnologiya transferinin həyata keçirilməsi, kadr hazırlığı və s. məsələlər öz əksini tapıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, təcrübə proqramlarının təşkili tələbələrin nəzəri biliklər ilə yanaşı, praktik biliklərinin artırılmasında, peşəkar mütəxəssislərin uğurlu iş təcrübəsi və müasir texnoloji avadanlıqların istifadə qaydaları ilə yaxından tanış olmaq, ADAU tələbələri üçün gələcəyin mütəxəssisi olaraq inkişaflarında geniş imkanlar yaradacaq.
“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Elxan Hacıyev əməkdaşlıq üzrə memorandumun imzalanmasında məmnunluğunu ifadə edərək qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağını bildirib.