Bizimaz.az xəbər verir ki, bunu APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur:
“Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Həmçinin peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.