“Hələ pandemiya bitməyib, optimist olmaqla yanaşı, sentyabr-oktyabr dönəmi gəlir və buna görə də özümüzü qorumalıyıq”.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-ün “PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, sağlamlığımızı qorumaq üçün vaksinlərdən istifadə etmək lazımdır:
“Bəzi yumşalmalara rəğmən rahatlaşmaq olmaz. Qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır. Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik.
Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.