“Toy mərasimində vaksinasiya edilməyən şəxs aşkarlanarsa, toy sahibləri məsuliyyətə cəlb ediləcək”.

 

Bizimaz.az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, vaksinasiyadan keçməyən iştirakçılar aşkarlanarsa, həm məclis sahibi, həm də şadlıq sarayının rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb ediləcək:

“Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər 200 manatdan 400 manata qədər, vəzifəli şəxslər 4 min manatdan 5 min manata, hüquqi şəxslərə isə 5 min manatdan 11 min manata qədər cərimə edilməsi nəzərdə tutulub”.