Xəbər lenti

"Azərsu" su xətlərinə qanunsuz qoşulmalarla bağlı xəbərdarlıq edib.

 

Bizimaz.az bildirir ki, qurumdan Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə Azərsu ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Abşeron rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, Şollar-Bakı su kəmərinin Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində magistral xətdən qanunsuz qoşulma ilə götürülən içməli sudan əkin sahələrinin suvarılmasında istifadə edilib.

Qəsəbədə fəaliyyət göstərən kafenin texniki şərti və sayğacı olsa da, obyekt sahibi magistral su kəmərinə özbaşına qoşulma edib. Digər bir obyektin sahibi isə magistral kəmərdən gizli su xətti çəkməklə yanaşı, istifadə edilən suyun həcmini ölçmək üçün quraşdırılmış sayğacı özbaşına ləğv edib.

Masazır qəsəbəsi Əlağa Vahid küçəsində yerləşən avtoyuma məntəqəsinə isə su obyekt sahibinin evindən çəkilmiş qeyri-qanuni qoşulma ilə verilib. Araşdırmalar zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan içməli sudan istifadə edib.

Nəzarət tədbirləri zamanı Masazır, Saray, Qobu qəsəbələrinin yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz istifadə etdiyi məlum olub. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında sudan qanunsuz istifadə ilə bağlı Azərsu ASC üzrə 9110, Abşeron rayonu üzrə isə 1025 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq Azərsu ASC üzrə 2 mln 441 min kubmetr, Abşeron rayonu üzrə isə 283 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov