22-29 iyun tarixləri arasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına günvurma şikayətləri ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sözügedən tarixlərdə 19 nəfər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına müraciət edib. Onlardan 7-si uşaq, 12-si isə böyüklərdir.
Uşaqlardan 5-nə yerində yardım göstərilib, 2 uşaq hospitalizasiya edilib.
7 nəfər böyüyə yerində kömək olunub, 5 nəfər isə hospitalizasiya edilib.