"50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil. Şəxslər obyektə daxil olarkən maska ilə daxil olur və masa ətrafında isə tibbi maskadan istifadə etməyə bilər".
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu AZTV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
DİN rəsmisi əlavə edib ki, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur: “Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq".
DİN rəsmisi vurğulayıb ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil: “Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb”.
BAKU.WS