Məlum məsələdir ki, toy şənliklərinin keçirilməsi həm də qızıl bazarında canlanma yaradır. Qiymətli metalın alqı-satqısının artması həm də külli miqdarda gəlir deməkdir. İki ilə yaxın qadağadan sonra toylara verilən icazə qızıl almaq istəyənlərin sayını 5 dəfə artırdı. Satıcılar da son günlər müştəri sayının artdığını və qızılın qiymətinin qalxdığını dedilər.
Alıcıların da bəzisi qiymətlərin baha oldğunu deyir. Bir qisim insan isə düşünür ki, əsas toydur, qiymət önəmli deyil.
Qeyd edək ki, iyulun 1-dən etibarən ölkə ərazisində 50-150 nəfər arası toy şənliklərinin keçirilməsinə icazə verilib. Amma bunun müqabilində tələb edilən şərtlərə əməl olunmalıdır.