Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondundan təxminən 40 min və ya bir az daha çox bakalavr və magistr tələbəsinin kredit alması nəzərdə tutulur.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, qaydalar yenə də hansı qrupdan olan tələbələri əhatə etməsi bəlli olacaq:
“Aidiyyəti qurumlarla ilkin müzakirələrdə həmçinin təhsil müddətində əldə etdikləri yüksək nəticələri (ÜOMG) olan tələbələrə kreditlərin faiz hissəsində güzəşt edilməsi də planlaşdırılır”.