Füzulidə Aerovağzal kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 kilometr olan hava xətləri çəkilir.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu AZAL-ın nümayəndəsi Əmiraslanov Valeh jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minalardan təmizlənib:
“Həmin ərazinin təxminən 130 hektarında tikinti işləri gedir. Qalan ərazilər isə köməkçi hissələrdir. Qeyd edim ki, aerovağzalın 1000 kV gücündə olan iki ədəd transformator binasının tikintisi başa çatıb.
Hazırda sahəyə 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasından elektrik enerjisi paylanılır”.
O qeyd edib ki, Zəngilanda və Laçında aerovağzalın tikintisinə başlanılması üçün Minatəmizləmə Agentliyi tərəfindən sahələrin minalardan tam təmizlənməsi lazımdır:
“Hazırda ərazilərin 50 faizi minalardan təmizlənib və bu proses davam etdirilir”.