Xəbər verdiyimiz kimi, bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçiriləcək. Bakı Olimpiya Stadionu saat 17:00-da start fiti səsləndiriləcək Uels-İsveçrə matçında ev sahibliyi edəcək.
A qrupunda yer alan bu komandaların azarkeşləri artıq Bakıdadır.
"Qafqazinfo"nun fotoqrafı Pərvin Zeynal paytaxtın mərkəzi küçələrində olub, qonaq azarkeşlərin asudə vaxtını, oyuna qədər olan zamanı necə dəyərləndirməsini lentə alıb.