Xəbər lenti

 

“Mona Liza” restoranında bir gündə iki toy məclisi keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı fakt öz təsdiqini tapıb. 

 

Bizizmaz.az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. 

Bildirilib ki, sosial şəbəkdə yayılan görüntülər əsasında, ərazi üzrə Nərimanov rayon Polis İdarəsinin əməkədaşları tərəfindən araşdırma aparılıb:

“Araşdırma zamanı məlumatlar öz təsdiqini tapıb. Məlum olub ki, ötən gün, yəni iyunun 11-də axşam saat 19:00-dan 22:30 radələrinə qədər azsaylı qonaqların iştirakı ilə olsa da “Mona Liza” restoranında toy məclisi keçirilib. Bu səbəbdən restoranın sahibi Şəmsi Şıxıyev və restoranın administratoru Musa Balazadəyə karantin qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə protokollar tərtib edilib. 

Belə ki, protokola əsasən, “Mona Liza” restoranın sahibi Ş.Şıxıyevə 4 min manat məbləğində cərimə tətbiq edilib”.

DİN rəsmisi onu da əlavə edib ki, restoran sahibinə Nazirlər Kabineti yanında operativ qərargahın tərtib etdiyi karantin qaydalarına ciddi şəkildə riayət etmələri barədə xəbərdarlıq edilib. 

Xatırladaq ki, bəzi məlumatlara görə, “Mona-Liza” restoranı BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsusdur.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov