Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb.
Bizimaz.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə uğur qazanan 1841 nəfərdən 1456 namizəd müvafiq sənədləri şəxsi səhifələrinə yükləyərək ərizələrini təsdiq edib. Elektron ərizələr emal edildikdən sonra 1448 namizədin sənədləri qəbul edilib və onlar uğur qazanaraq iş yerini dəyişmək hüququ əldə edib. Eyni zamanda müsabiqə nəticələri barədə məlumat və işə qəbul olunduğuna dair çıxarış namizədlərin şəxsi səhifələrinə göndərilib.
Növbəti mərhələdə namizədlər 18 iyun saat 18:00-dək şəxsi səhifələrində qeyd olunan sənədləri və çıxarışı müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməli, daha sonra şəxsi səhifələrini yoxlayaraq çıxarışın təsdiq olunduğundan əmin olmalıdırlar.
“Qafqazinfo”