“Bəzi ailələrin övladları təhsil haqqını ödəyə bilmirlər. Bu səbəbdən də imtahana buraxılmırlar”.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib. N. Həmzəyev spiker Sahibə Qafarovadan xahiş edib ki, bu məsələylə bağlı aidiyyatı qurumlara müraciət etsin: “Mümkündürsə, ilin sonuna qədər tələbələrə təhsil haqqının ödənilməsi haqda möhlət verilsin”.
Deputat həmçinin koronavirusu gizli keçirib immunitet qazanmış vətəndaşların probleminə də toxunub: “Artıq COVİD pasportlarını hər kəs almağa çalışır. Ancaq bəzi vətəndaşlar var ki, onlar bu xəstəliyi gizli keçirib. Bu məsələdə boşluq var. Həmin şəxslər pasport ala bilmirlər. Biz Operativ Qərargaha müraciət edərək onların da problemlərinin həll olunmasına çalışaq”.